"Azərbaycan Polisinin 100 illiyi"

Bugün məktəbimizdə "Azərbaycan Polisinin 100 illiyi" münasibətilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan məktəbin rəhbəri Nurqələm xanım Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salmış,Azərbaycan polisinə ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini ,hal-hazırda da bu diqqətin uğurla davam etdirildiyini vurğulamışdır.

Tədbirdə məktəbin şagirdləri ilə yanaşı müəllimlər də maraqlı səhnəciklər təqdim etdilər.Səhnəciklərdə polisin üzərinə düşən vəzifələr,bu vəzifələrin icra olunması,yol hərəkət qaydaları,rüşvətxorluqla mübarizə və s. kimi mövzulara toxunuldu.

Tədbirə bir sıra qonaqlar da dəvət olunmuşdu.Xətai rayonu Polis İdarəsinin rəisi Muradəli Babayev,Xətai İcra Hakimiyyətinin  nümayəndələri Pənah İmanov və Teymur müəllim,BŞTİ-nin ümumi Təhsil sektoru üzrə Baş məsləhətçisi  Rəhman Baxşəliyev,Xətai rayonu Seçki Komissiyasının rəisi İmran Hüseynov ,Xətai rayonu Gənclər İdman İdarəsinin nümayəndəsi Əfqan Rzayev və başqaları iştirak etdilər. Sonda  qonaqların fikirlərinə də yer verildi.Onlar tədbirdə əziyyəti olan hər kəsə minnətdarlıq etdilər,şagirdlərin və müəllimlərin çıxışlarını yüksək qiymətləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi