XOCALI FACİƏSİ-XX ƏSRİN FACİƏSİ

     1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 26 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırım aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub".

Xocalı soyqırımının ildönümü hər il şəhərin bütün ümumtəhsil müəssisələrində hüznlə qeyd olunur. Məktəblər də hər il fevralın 26-da rəhbərliyin, müəllimlərin və şagirdlərin iştirakı ilə anım mərasimləri təşkil edilir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırım həqiqətlərini əks etdirən kitablar sərgilənir.

 Bu qanlı faciə ilə bağlı bugün məktəbimizdə də Xocalı faciəsi siniflərdə silsilə şəklində anıldı.

1. İlk olaraq bütün I dərs saatları “Xocalı soqırımı”na həsr edildi. Məktəb radio qovşağı vasitəsilə Xocalı faciəsi haqqında məlumatlar verildi, şagirdlərin şeirləri dinlənildi.

2. Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgi nümayiş edildi.

3. Daha sonra məktəbimizin ibtidai sinif müəllimləri Heydərova Təzəgül və Rəhimova Fəxrəndənin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunan rəsmlər nümayiş olundu, balacaların iştirakı ilə “Xocalını unutmadıq” adlı kiçik kompozisiya təqdim edildi.

4. Məktəbin tarixi müəllimi Aida Vəliyeva və 8-A sinif şagirdləri ilə birlikdə “Xocalı qan yaddaşımız” adlı "Dəyirmi masa" keçirildi.

5. Azərbaycan dili və ədəbiyyat müəllimi Ələsgərova Nərminə 6-Ç sinfində Xocalıda qətlə yetirilən şəhidlərimizlə bağlı sənədli film nümayiş etdirdi.

6. Saat 13:00-da məktəbin tarix müəllimi Aida vəliyeva və UBR Aynur Qənbərovanın təşkilatçılığı və 7-E sinif şagirdlərinin iştirakı ilə “Ana harayı” heykəlini ziyarətə getdilər.

Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı faciəsinin tarixindən bəhs olunub. Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını müxtəlif şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.

 

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi