Milli qəhrəmanlarımız and yerimizdir

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O gecə Azərbaycan xalqı sınağa çəkildi. Xalqn öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı.

Bu qanlı faciə ilə əlaqədar bütün təhsil müəssisələrində silsilə tədbirlər davam etdirilir. Bu tədbirlərdən biri də məktəbimizin 3-C sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş anma mərasimi keçirildi.

Öncə mərasim iştirakçıları 20 Yanvar şəhidlərini bir dəqiqəlik sükutla yad etdilər. Uşaqlar tərəfindən həmin gecə olan hadisələri, milli qəhrəmanlarımızı, şəhidlərimizi, analarımızın fəryadını əks etdirən kiçik səhnəciklər göstərildi. Ana rolunda çıxış edən balaca Nurayımız tədbir iştirakçılarını kədərə boğdu. Daha sonra şagirdlər sıra ilə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndirdilər  https://www.youtube.com/watch?v=cbRg8AumDJ4&feature=youtu.be, həmçinin slaydlar nümayiş edildi.

Sonda sinif rəhbəri Ceyran müəllimə çıxış edərək 20 Yanvar gecəsi hadisələrinin şahidi olduğundan, o gecənin faciələrindən söhbət açaraq bu cür silsilə tədbirlərin keçirilməsində məqsəd  gənc nəslə vətənpərvərlik hissini aşılamaq, onları maarifləndirmək, həmçinin, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliamın  insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu dünya içtimaiyyətinə çatdırmaq olduğunu vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi