31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram şənliyi keçirilib

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq yolunda mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Bu münasibətlə məktəbimizin ibtidai siniflərində Həmrəylik günü və yeni ilin gəlişi ilə bağlı tədbirlər, bayram şənlikləri təşkil olunmuşdu. Bunlardan biri də 3-C sinif şagirdlərinin iştirakı ilə 29 dekabrda keçirilən bayram şənliyi oldu. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.

Səhnəyə əvvəlcə Azərbaycan Respublikasını təmsil edən Aylin çıxdı. O, öz şeiri ilə bütün dünya azərbaycanlılıarını həmrək olmağa çağırdı. Tədbirdə bütün dünyada yaşayan azərbaycanlılardan ibarət nümayəndələr dəvət olunmuşdu.

On dəqiqəlik baş tutan tədbir daha sonra nümayəndələrin və 3-C sinif şagirdlərin iştirakı ilə ən yaxın təhsil ocağı 24 saylı məktəbə ziyarət edərək öz yaşıdlarını həmrəyliyə dəvət etməyə getmələri ilə davam etdi. 24 saylı məktəbdə bizi çox mehribanlıqla qarşıladılar. 2-A sinfinə daxil olub onlarla həmrək olduqlarını bildirdilər. Həmin sinfin sinif rəhbəri Samirə müəllimə balaca şagirdlərin belə məsuliyyətli işə cəlb olunmalarını alqışladı və hər iki sinif öz həmrəyliklərini bir daha nümayiş etdirdilər.

Sonda 3-C sinif rəhbəri Ceyran müəllimə çıxış edərək bu balacaların həmrəyliklərinin daimi olacağına, onların vətənpərvər ruhda böyüməsi üçün əlindən gələni edəcəyinə söz verdi. Qarabağın məhz bu balacaların həmrəyliyi ilə geri alınmasını və vətənimizin üzərindən qara buludların yox olmasını arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi