31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

 28 dekabr 2017-ci ildə məktəbqin ibtidai sinif müəllimi Vəliyeva Rasimənin təşkilatçılığı və 3-B sinif şagirdlərinin iştirakçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni təqvim ilinin gəlişi ilə bağlı tədbir keçirildi. Tədbirdə 3-B sinif şagirdlərinin sərbəstliyi və aktivliyi tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. 

 Tədbir qızların “Qar dənəcəyi” adlı rəqsi ilə başladı. Aparıcı rolunda çıxış edən sinfin şagirdi Ağayev Məhəmməd başda rəhbərlik olmaqla zalda oturanların qarşıdan gələn hər iki bayramlarını təbrik edərək, iştirakçıları salamladı. Qasımova Aygün və Həsənzadə Fəxrəddinin həmrəylik günü ilə bağlı verdikləri məlumatı Bəşirova Aysunun ifasında “Azərbaycan" şeiri tamamladı.

 Abbaszadə Əli və Hümbətli Leylanın ifasında “Uzundərə” rəqsi canlandırıldı. Yeni ilin həmrəylik günü ilə eyni vaxta təsadüf etməyindən bəhs edən Əhmədova Fidan və Sultanlı Zəhra eyni zamanda illərin necə bir-birini əvəz etdiyi haqda izləyiciləri məlumatlandırdılar. Böyük həvəslə səhnəcikdə Fərid (it), Əli (xoruz), Şəms (aparıcı), Kənan ( Şaxtababa), Nurtən (Qar qız) müxtəlif rolları o qədər gözəl canlandırdılar ki, zalda əyləşən tamaşaçıların rəğbətini göstərən alqışlarla estafeti şeir deyən, mahnı oxuyan dostlarına ötürürdülər. “Şən yolka”, “Gözəl yolka” mahnıları, “Şaxtababaların rəqsi”, “Vals” rəqsləri şagirdlər tərəfindən məharətlə ifa olundu. 

 Sonda məktəbin direktoru N.Z.Bayramova tədbirə münasibətini bildirərək, belə gözəl rollar canlandırdıqlarına görə şagirdlərlə fəxr etdiyini, onların təhsildə olduğu kimi ictimai işlərdə də fəallıqları üçün çox şad olduğunu vurğuladı. Hər iki bayram münasibətilə iştirakçıları və tamaşaçıları təbrik edən Nurqələm xanım 3-B sinfi və sinif rəhbəri Rasimə ilə xatirə şəkli çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi