İnsan alverinin qurbanı olma!

Müasir dövrün ən aktual problemlərindən biri də insan alveridir. Məcburi əmək, köləlik, uşaq əməyinin istismarı, dilənçilik, cinsi istismar, insanların silahlı qruplaşmalarda məcburi işlədilməsi, orqan transplantasiyası məqsədi ilə insan alveri-bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir. Bir çox dünya ölkələrində baş verən qlobal hadisə olan insan alverinin qurbanları kişi, qadın və həm də uşaqlar ola bilər.

Problemin aktuallığını nəzərə alaraq, bu gün məktəbin psixoloqu Gülşən Zeyniyeva XI sinif şagirdlərinə bu barədə seminar keçirdi. Seminarda UBR Aynur Qənbərova da iştirak edirdi.

Çıxış edən Gülşən xanım izah etdi ki, burada əsas məqamlardan biri qurbanın istismara cəlb edilməsidir. Qurbanları cəlb edən şəxslər onlara çoxlu vədlər verirlər. Verilən vədlər çox inandırıcı və cəzbedici olur. İnsan alveri ilə məşğul olanlar öz əməllərinə nail olmaq üçün qurbanları döyür və istədikləri işlərlə məşğul olmağa məcbur edərək, yaxınlarınıza bu haqda məlumat verəcəyik deyib, şantaj edir, həyatında yaranacaq digər problemlərlə hədələyirlər.

Psixoloq Gülşən xanım bütün bunlar barədə şagirdlərə məlumat verdi, insan alverinin qurbanına çevrilməmək üçün nələri bilmək lazımdır? Necə etməliyik ki, ehtiyatlı olaq? kimi suallara aydınlıq gətirdi. Mövzunu diqqətlə dinləyən şagirdlər onları maraqlandıran sualları psixoloqla müzakirə etdilər. Sonda insan alverinə aid videoçarxlar göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi