Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan tarixi" adlı bilik yarışı keçirildi

Bugün məktəbimizin paralel IX-X sinifləri arasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Heydər Əliyev və Azərbaycan tarixi” başlığı altında bilik yarışı keçirildi. Yarışın əvvəllində Azərbaycan Respublikasının dövlət himni səsləndi və ümumilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra məktəbimizin hərbi rəhbəri olan Səməd müəllimin göstərişi ilə şagirdlərin hərbi geyimdə sualları təqdim etməsi ilə bağlı səhnəcik göstərildi. Hər sinif öz komandasını yaratmışdı. Yarış bir neçə mərhələdən ibarət idi.

Birinci mərhələdə mədəniyyət tarixi və Heydər Əliyevin iris barədə düşündürücü suallar tərtib olunmuşdu. Komandalar arasında gərgin rəqabət də ele bu sualdan sonra başladı.

Ikinci mərhələdə şagirdlərimizin ifasında şair Baba Vəziroğluna aid “Heydər xalqım deyəcək” musiqisi dinlənildi.

Növbəti mərhələdə suallar daha da qəlizləşdirilmiş formada şagirdlərə təqdim edildi. Suallar arasında Azərbaycan Respublikasının Konstitusiyasına daha çox yer verilmişdi.  

Yarışın sonunda turlar üzrə qazanılmış ümumi xallar əsasında qalib komandalar müəyyən edildi və onlara məktəb rəhbərliyi tərəfindən sertifikatlar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi