Mərhum prezidentimiz Heydər Əliyevin anım gününə həsr olunmuş "Onu zaman seçib" adlı "Dəyirmi masa" keçirildi

Ümummilli liderimiz Heydər Əliyevin vəfatının dönümü ilə əlaqədar hər il olduğu kimi Xətai rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

Anım günü ilə əlaqədar məktəbimizin Azərbaycan dili və adəbiyyat müəllimi Sona Həsənovanın təşkilatçılığı ilə ulu öndərimizə həsr olunmuş “Onu zaman seçib” adlı "Dəyirmi masa" keçirildi.

İlk əvvəl tədbir iştirakçıları ulu öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.  

Anım mərasimində Sona müəllimə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etdi. Qeyd etmişdir ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev dövrümüzün ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir.

Daha sonra Heydər Əliyevin tarix səhnəsinə gəlişini əks etdirən slaydlar nümayiş olundu, 8-B sinif şagirdlərinin iştirakı ilə iştirakçılara əvvəlcədən hazırlanmış suallarla müraciət olundu və Heydər Əliyevin həyatın və fəaliyyətini Rəsulova Fidan Azərbaycan dilində, Cəfərzadə Məryəm Rus dilində və İsayeva Nuranə İngilis dilində diktə etdilər.

Sonda isə ümumilli lider Heydər Əliyev haqqında qısa film göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi