Tarixə çevrilən bir ömür...

Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə çəkilir.
Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

12 dekabr – Bu gün ümumilli liderimiz Heydər Əliyevin anım günüdür və bütün dünya azərbaycanlıları milli liderimizin əziz xatirəsini yad edir. O indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir. 

Biz də məktəb kollektivi olaraq liderimizin anım gününü yad etdik. İlk olaraq məktəbin tarix müəllimi Aidə xanımın təşkilatçılığı ilə anım gününə həsr etdiyi “Tarixə çevrilən bir ömür” adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir 8-C sinif şagirdi Ayxanın “Sən elə bir zirvəsən” mahnısı ilə başladı. Çıxış edən Aidə müəllimə milli liderin keçdiyi şərəfli həyat yolundan, Azərbaycan dövlətçilik tarixində apardığı roldan danışdı.  Daha sonra aparıcılar tərəfindən tədbir iştirakçılarına hissə-hissə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən məlumatlar verildi, Ulu öndərə həsr olunmuş şeirlər, ən çox sevdiyi “Küçələrə su səpmişəm”, “ Dünya sənin, dünya mənim, dünya heç kimin” xalq mahnıları səsləndirildi və Heydər Əliyevin ən səmimi lider olduğunu əks etdirən videoçarxlar göstərildi.

Heydər Əliyevin məhəbbəti Zərifə Əliyeva ilə münasibətləri, onların “Qubernator bağı”nda olan görüşləri, 1994-cü il may ayında imzalanmış “Atəşkəs”lə bağlı səhnəciklər şagirdlər tərəfindən məharətlə nümayiş edildi.

Sonda “Çırpınırdı Qara dəniz” mahnısının sədaları altında müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı olan Heydər Əliyev xatirəsinə həsr olunmuş Azərbaycanın üçrəngli bayrağı şagirdlər tərəfindən  səhnəyə gətirildi. Tədbir ulu öndərə həsr edilmiş “Dövlət” filminin göstərişi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi