Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edildi

             Əlindən gələni xalqına etdi,

             Ağ günə çıxarıb dünyadan getdi

             Qoymadı desinlər yolunuz bitdi,

             Ulu bir sərkərdə, ulu bir öndər

Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi.

Müstəqil Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar 4ç sinif şagirdləri və sinif rəhbəri Şahbazova Leylanın təşkilatçılığı ilə Fəxri Xiyabana gələrək Ümummilli liderin xatiəsini yad etdilər, məzarı üzərinə tər əklil və qərənfillər düzdülər. Mərhum liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında Leyla müəllimə və sinfin balaca qızları Fatimə, Fidan, Aişə geniş məlumat verdilər.

Müəllimin çıxışından sonra şagirdlər ulu öndərin əziz xatirəsinə həsr olunmuş Qabil Ədalət- “Ulu bir sərkərdə, Ulu bir öndər”, Həsən Şirinov- “Axtarıram səni”, “Dədə Heydər-Atatürk”, “Vətənoğlu”, “Heydər baba”, “Heydər atamız”, “O bizimlədir” şeirlərini həyəcanla söylədilər.Bu çıxışlar digər ziyarətçilər tərəfindən göz yaşı ilə qarşılandı.

Heydər Əliyevin vətənpərvərliyi, dünyagörüşü, böyük siyasətçi olması Türkiyə ilə qardaşlığın bünövrəsinin qoyulmasında öz əksini tapdı. Azərbaycanın çiçəklənməsi, onun bağladığı "Əsrin müqaviləsi"nin nəticəsidir. Hal-hazırda bu yolun davamçısı İlham Əliyevdir. Azerbaycanın bugünkü reallıqları, sürətli inkişafımız, dövlətimizin gücünün, qüdrətinin durmadan artması, bütün bunlardan da ən vacib olan hər bir kəsin qəlbində  Heydər Əliyevin xatirəsinə dərin hörmət ondan xəbər verir ki, dahi şəxsiyyət unudulmazdır. Nə qədər Azərbaycan dövləti, xalqı var, Heydər Əliyev ürəklərdə  yaşayacaq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi