Erkən nigaha "yox" deyək!

  Azərbaycan Respublikasının qanunvericiliyinə görə erkən nigah-18 yaşından kiçik oğlanların və qızların ailə qurması və birgə yaşamasıdır. Azərbaycanda hər il təxminən 15 yaşına çatmayan beş minə qədər qızın ailə qurması barədə informasiyalara rast gəlirik. Bu yaşda olan uşaqlar isə hələ ailə məfhumunun mahiyyətini anlamır. 
      Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nihaga daxil olması insan hüquqlarının pozulması hesab olunur. 
      Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadın üçün nigah yaşı 17-dən 18-ə qaldırıldı. Bu, həmçinin "Uşaq Hüquqları Konvensiyası" na da uyğundur. 
Hal-hazırda respublikamızda erkən nigaha daxil olma aktual problemlərdən biri sayılır. Buna uyğun olaraq bugün məktəbimizdə psixoloq Gülşən Zeyniyeva "Erkən nigaha yox deyək!" başlığı altında "Dəyirmi masa" keçirdi. Tədbirdə məktəbin direktoru Nurqələm xanım Bayramova da iştirak edirdi. 
      Keçirilən dəyirmi masada  10-cu sinif qızları istirak edirdi. Onlara psixoloq Gülşən xanım erkən nigahların baş verməsinin əsas səbəblərini, fəsadlarını göstərdi. Və erkən nigah problemini aradan qaldırmaq üçün hansı tədbirlərin maarifləndirici xarakter daşıdığın vurğuladı. Tədbirdə erkən nigaha yox deyək və son illərdə respublikada qurulan erkən nigahlar haqqında statistik məlumatlar verən videoçarxlar göstərildi. 
      Daha sonra şagirdlərin sualları cavablandırıldı. Onları maraqlandıran, düşündürən mövzular müzakirə edildi.  Bu müzakirələrə qoşulan məktəbin direktoru Nurqələm xanım şagirdlərimizə öz tövsiyyələrini verdi  və belə maarifləndirici tədbirlərin tez-tez keçirilməsini vurğuladı. 
       Sonda qeyd etmək istərdim ki, erkən nigahlarla bağlı maarifləndirmə işləri nə vaxta qədər yalnız uşaqlar və şagirdlər arasında aparılsa, bir o qədər də effektli olmayacaq. Çünki, məktəblilərə bu haqda informasiya verilsə də evdəki mühitdə valideynlər əsas rol oynayır. Ona görə valideynləri də bu maarifləndirmə işlərinə cəlb etməliyik. Bütün bunları nəzərə alaraq ölkəmizdə ciddi şəkildə qanunları əsas tutaraq, vətəndaş məsuliyyətini və maarifçilik tədbirlərini artırmaqla bu problemləri həll etmək, problemin miqyasını əhəmiyyətli dərəcədə kiçiltmək mümkündür. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi