"Məktəbdaxili Bilik Yarışı" keçirildi

Noyabrın 18-də məktəbimizdə Azərbaycan dili və Ədəbiyyat, Riyaziyyat, Tarix, İngilis dili, Cografiya, Biologiya və Kimya fənlərindən  məktəbdaxili "Bilik yarışı" keçirildi. Yarışda məktəbin V-XI sinif səviyyələri üzrə təhsil alan şagirdlər iştirak ediblər. Yarışın açılış mərasimində çıxış edən məktəbin direktoru Nurqələm xanım Bayramova ilk öncə bu yarışın keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Daha sonra rəhbərliyin və müəllimllərin təşkilatçılığı, eyni zamanda Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən Bilik Yarişlarının gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıdığını vurğuladı. Bildirdi ki, belə yarışlar şagirdlərin zəruri keyfiyyətlərini üzə çıxarır və gənclərin öz peşə seçimlərində uğur qazanmalarına kömək edir. Çıxışdan sonra şagirdlər Azərbaycan himinin sədaları altında siniflərə daxil oldular və məktəb daxili bilik yarışının başlandığı elan olundu. 2 saat davam edən yarış uğurla sonlandırıldı. Yarışın  nəticələrini dəyərləndirmək üçün təyin olunan münsiflər heyətini məktəbin direktoru,digər rəhbər işçilər və hər fənn üzrə pedaqoji şuranın sədrləri təmsil edirdi.

Qalib komandalar müxtəlif turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Sonda qalib komandalar müdriyyət tərəfindən mükafatlandırıldı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi