Azərbaycan dili fənnindən “Yaxşılığa yaxşılıq” mövzusunda açıq dərs keçirildi

Bu gün 3-B sinif müəllimi Vəliyeva Rasimənin Azərbaycan dili fənnindən “Yaxşılığa yaxşılıq” mövzusunda açıq dərsi keçirilmişdir. Bu münasibətlə direktor, ibtidai sinif müəllimləri açıq dərsə dəvət olunmuşdular. Şagirdlərin iştirakı ilə əvvəlcə qonaqlar salamlandı. Daha sonra Rasimə müəllimə şagirdlərə və qonaqlara ibrətamiz videoçarx nümayiş etdi. Maraqlı və düşündürücü videosüjetdən sonra şagirdlərin fikri dinlənilmiş, tabloda olan müxtəlif məzmunlu şəkillərin mövzusu ətrafında diskussiyalar aparılmışdır. "Yaxşılıq nədir? Yaxşılığın faydaları" sualı ətrafında əyləncəli və maraqlı qrup işləri nümayiş etdirilmişdir. Uşaqlar yaxşılığa aid atalar sözləri, yaxşılığa aid hərəkət formaları sadalamış, atalar sözləri söyləmiş, eynilə bu mövzuda hekayələr qurmuş və gözəl rəsmlər çəkmişlər. Qrup işlərini bitirdikdən sonra təqdimatlar edildi və qrupların işini dinlədikdən sonra şagirdlər rəngli kartlarla bir-birilərini rəğbətləndirdilər. Daha sonra dərslikdəki “Yaxşılığa yaxşılıq” mətnini təhlil edən balacalar yaxşılığın heç vaxt itmədiyini, nə vaxtsa başqa bir şəkildə insana qayıtdığı fikirlərini səsləndirdilər. Yüksək mənəvi keyfiyyət kimi dəyərləndirdiklərini müxtəlif misallarla izah etdilər. Sonda müəllimin hazırladığı meyarlar əsasında şagirdlərin qiymətləndirilməsi aparıldı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi