Xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyi qeyd olunub

2017-ci ildə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Həsən qızı Məmmədovanın 120 illiyi tamam olur.
Tədbir foyedə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə açıq elan olundu. Şövkət Məmədovanın özünəməxsus ifaçılıq üslubundan, Azərbaycan musiqi sənətinə verdiyi bənzərsiz töhfələrdən söz açıldı. Tədbir VI, VIII və IX sinif şagirdlərinin iştirakı ilə həyata keçirildi. Müxtəlif səhnələr nümayiş olundu, sənətkarın musiqiləri şagirdlərin dilindən ifa edildi. Tədbirdə Şövkət Məmmədovanın xatirəsi anılmaqla yanaşı, ölməz sənətkarın yaradıcılığı bir daha gənc nəslə çatdırıldı. Ş.Məmmədova dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazıb. Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir.
Yaradıcılığında Şahsənəm ("Şahsənəm", R.Qlier), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan", Ü.Hacıbəyli) partiyaları xüsusi yer tutmuşdur. Repertuarına Azərb. xalq mahnıları, rus və Qərb bəstəkarlarının kamera-vokal əsərləri daxil idi. Tbilisi, Odessa, Moskva, Kiyev, Leninqrad, Daşkənd, Paris və Təbrizdə çıxış etmişdir. Azərb. Teatr Cəmiyyətinin ilk sədri olmuşdur (1945-52). 1945-81 illərdə Azərb. Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir (1949 ildən prof.).
Onun ifa etdiyi Rozina ("Sevilya bərbəri" C.Rossini), Lakme ("Lakme" L.Delib), Cilda ("Riqoletto" C.Verdi), Şahsənəm ("Şahsənəm" R.Qlier), Nərgiz ("Nərgiz" M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan" Ü.Hacıbəyov) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açmışdır
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi