Bayraqları bayraq edən üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa Vətəndir.

Bu gün yüksək nailiyyətlərlə xalqımız öz əziz bayramını-Dövlət Bayrağı gününü qeyd edir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız 1918-ci il 9 noyabr tarixli iclasda qəbul olunub. Azərbaycan prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 18-də Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 NOYABR Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək. Bu gün məktəbimizdə 9 noyabra həsr olunmuş tədbirlər keçirildi, sərgilər nümayiş olundu. Təhsil ocağının müəllim və şagird heyətinin hazırladıqları bu ədəbi-bədii tədbirlər çox gözəl alındı. İlk tədbirimiz Əliyeva Çiçək və 6-E sinif şagirdləırinin iştirakı ilə “Bayraq mənliyimdir, Bayraq kimliyim” adlı kompozisiya oldu. Tədbirdə 6-E sinif şagirdi Həsənli Kamranın canlandırdığı Ramil Səfərov obrazı zalda oturanları göz yaşına qərq elədi. İbrahimov Elcanın canlandırdığı ermeni obrazı isə 1 daha düşmənə qarşı nifrət hissini oyandırdı. Maraqlı səhnəciklərdən biri də şagirdlərin iştirakçılara ünvanladıqları test oldu. Belə ki, zalda əyləşən müəllimlərə, rəhbərliyə vərəqlər paylanıldı və hər bir müəllimdən öz təxəyyüllərindəki bayraq şəklini çəkmələrini, sonda isə imza atmalarını istədilər. Nəticə həqiqətən hamı tərəfindən maraqla qarşılandı. Sonda isə şagirdlər tərəfindən “Can, Azərbaycan” mahnısı səsləndirildi. Digər bir tədbirimiz ibtidai sinif müəllimi Məmmədova Gülnar və 4-A sinif şagirdlərinin iştiakı ilə keçirildi. Hər iki tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şagirdlər Dövlət Bayrağı, Bayrağın rəngləri, rənglərin mənaları haqqında zalda əyləşən iştirakçılara məlumat verdilər. Daha sonra balaca bir flashmob nümayiş edildi. Qızlarımız- Humay, Fatimə, Aydan, Aynur və Aysunun iştirakı ilə “Bayraq” rəqsi edildi, rəqsin sonunda isə birləşərək üçrəngli bayrağımızı düzəltdilər. Daha bir səhnəcik Əli, Tunay və Fatimənin iştiakı ilə oldu. Tezliklə torpaqlarımızın geri qaytarılmasına, üçrəngli bayrağımızın həmin torpaqlarda dalğalanacağına inam yaratdılar. Səhnəcik zaldakıların ayaqüstü alqışı ilə sonlandı. Son olaraq Məktəbimizin UBR A.O.Qənbərovanın təşkilatçılığı ilə 9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq V-VIII sinif şagirdlərinin iştirakçılığı ilə rəsm və əl işlərindən ibarət sərgi keçirildi. Şagirdlərin hər biri rəhbərlik tərəfindən diplomlarla təltif olundular. Ümummilli liderin bizə ərmağan qoyduğu müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən cənab prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətində açıq-aydın görünür. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı prezident İlham Əliyevin bir daha dövlət rəmzlərimizə verdiyi dəyərin bariz nümunəsidir. Dünyanın ən uca bayrağı məhz Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. Dövlətimizin başçısının həmin mərasimdə səslənən tarixi nitqində deyilir- “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bugün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bugün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işlərimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan Bayrağına! Yaşasın, Azərbaycan!”
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi