Payız çağırışına həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatının qalibi olan Xətai rayon 263 № li tam orta məktəbin komandası mükafatlandırılmışdır

Qeyd etdiyimiz kimi oktyabr ayının 30-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən payız çağırışına həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” mövzusunda poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Nəhayət, gözlədiyimiz qələbə sevinci gəlib çatdı. 06 noyabr 2017-ci il tarixdə payız çağırışına həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatının qalibi Xətai rayon 263 № li tam orta məktəbin komandası Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mükafatlandırılmışdır. Mükaflandırma mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, 263 № li tam orta məktəbin direktoru Nurqələm Bayramova, Xətai rayon Gənclər və İdman İdarəsinin rəis müavini Zemfira Əmirbəyova və komanda üzvləri iştirak etmişlər.Qaliblər 11-C Əliyev Vüsal, 11-C Ömərov Elcan, 11-Ç Əsgərli Tural, 11-A Xəlilov Seymur Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşdular. Bundan əlavə "Poliatlon"çoxnövçülüyü üzrə Respublika birinciliyində Xətai komandası, Xaçmaz şəhərin də keçirilən yarışda fəxrimiz Xəlilov Seymur 100m qaçış üzrə şəxsi hesabda I yerə layiq görülmüşdür. Qaliblərimizi təbrik edir, dövlətimizin və məktəbimizin adını yüksəklərə qaldırdıqları üçün onlara dərin təşəkkürümüzü bildiririk!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi