"HƏRƏYƏ BİR AĞAC ƏKƏK"

Sevimli peyğəmbərimiz (s.a.s) buyurur ki, qiyamət qoparkən sizlərin əlində bir xurma fidan olarsa və onu əkməyə gücünüz çatarsa, dərhal həmin fidanı əkin, geriyə saxlamayın. O, həmçinin buyurur ki, bir adam bir ağac əkərsə, əkdiyi ağacın meyvəsi qədər onun dəftərinə savab yazılar. Bağ salmaq, ağac əkmək, ümumiyyətlə, ətrafı yaşıllıq aləminə qərq etmək ata-babalarımızın adəti olub. Araşdırmalara əsasın deyə bilərik ki, bir avtomobil ildə atmosferdən orta hesabla dörd ton oksigen udur, atmosferə təqribən 800 kiloqram dəm qazı, 40 kiloqram azot oksidi və təxminən 200 kiloqram karbon qazı buraxır. Bu boşluğu aradan qaldırmağın ən mühüm yollarından biri, təbii ki, ağac əkməkdir. Çünki planetimizdə ağaclar və bitkilər oksigenin yeganə mənbəyidir. Ona görə də, ölkəmizdə bu sahəyə ciddi fikir verilir. Ənənəyə sadiq qalaraq noyabrın 5-də məktəbimizin həyətyanı sahələrində “HƏRƏYƏ BİR AĞAC ƏKƏK” devizi ilə ağacəkmə aksiyası keçirilib. Məktəb rəhbərliyiyin əməkdaşları ilə birgə, müəllimlər, şagirdlər, texniki işçilər də iməcilikdə iştirak etdilər. Aksiyada 25 ədəd Şam və Sərv ağacları əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyirik.Yeri gəlmişkən, akademik Həsən Əliyevin səyahət təəssüratları ilə bağlı bir məqamı da vurğulamaq istəyirəm. O, səyahətlərinin birində bir almandan soruşub ki, nə üçün meyvə bağları deyil, meşə üçün tinglik salırsınız? Cavabında alman ona deyib ki, meyvəni başqa ölkələrdən də almaq olar, lakin meşəni heç yerdən gətirmək olmaz. Axi, meşə torpaqdır, sudur, havadır, bir sözlə, Hər Şeydir...
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi