"Məktəbdaxili Fənn Müsabiqə”sinin qalibləri mükafatlandırılıb

Məlum olduğu kimi, müasir dövrdə həm beynəlxalq miqyasda, həm də müxtəlif ölkələrdə təhsil sahəsində şagird nailiyyətlərinin yazı işləri vasitəsilə qiymətləndirilməsindən geniş istifadə olunur. Bu bir tərəfdən, şagirdlərin bilik və bacarıqları, təlimin nəticələri haqqında etibarlı məlumat əldə edilməsi, digər tərəfdən isə əldə olunan məlumatlar əsasında təhsil sahəsində müxtəlif istiqamətlərdə müsbət dəyişikliklərə nail olunması baxımından əhəmiyyətlidir. Bunlardan ən mühimi məktəblərdə fənn müsabiqələrinin keçirilməsidir. Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır. Elə bu məqsədlə oktyabrın 30-da məktəbimizdə fənn müsabiqələrinin məktəbdaxili mərhələsi keçirildi. Keçirilən müsabiqə VI vəVII sinif şagirdləri arasında təşkil edilmişdi. Beş fənn üzrə keçirilən fənn müsabiqəsində Riyaziyyat fənni üzrə VI, Fizika, Kimya, Biologiya və İnformatika fənləri üzrə isə VII sinif şagirdləri iştirak etdilər. Bu gün isə məktəb rəhbərliyinin təşkilatçılığı ilə “Məktəbdaxili fənn müsabiqəsi”nin qalibləri mükafatlandırılıb. Çıxış edən məktəbin direktoru Nurqələm xanım müsabiqə qaliblərini təbrik edib, onlara daha böyük nailiyyətlər arzulayıb. Sonda qaliblər direktor tərəfindən hədiyyələr və diplomlarla təltif edildi. Qeyd edək ki, fənn müsabiqələrinin yanvar ayınadək 3 dəfə keçirilməsi nəzərdə tutulub. Müsabiqədə iştirakçıların nəticələrindən asılı olmayaraq hər üç mərhələdə biliklərini sınayacaqlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi