Gözlənilən "Açıq Qapı" günü baş tutdu

Müasir məktəblərdə ailələrlə canlı əlaqəyə xüsusi diqqət yetirilir. Mütəmadi olaraq ümumməktəb iclaslarında, tədbirlərdə, konfranslarda valideynlərlə fərdi və kollektiv söhbətlərin aparılması vacib məsələlərdəndir. Bu işdə sinif rəhbərlərinin və məktəb psixoloqunun rolu danılmazdır. Elə bu məqsədlə məktəblərdə valideynlər üçün açıq qapı günlərinin keçirilməsinin xüsusi əhəmiyyəti var. Belə bir addım bizim məktəbdə də təşkil olundu. Bu gün saat 11:00-dan başlayaraq məktəbin müxtəlif sinif otaqlarında bütün rəhbər heyətin iştirakı ilə “Açıq Qapı” günü keçirildi. Burada valideynləri maraqlandıran məsələlərin müzakirəsi aparıldı, söhbətlər edildi və digər mədəni-kütləvi tədbirlər keçirildi. Valideynləri dinlədikdən sonra məktəbin direktoru çıxış edərək bildirdi : “Uşaqların fiziki sağlamlığının əsası valideynin ailə tərbiyəsi prosesində qoyulur. Məktəb və ailənin məqsədi birdir: şagirdləri bilikli, bacarıqlı, əməksevər gənc vətəndaşlar kimi yetişdirmək. Valideynlərdən xahişim odur ki, övladları ilə qarşılıqlı münasibətlərə yer versinlər. Eyni zamanda, qarsılaşdıqları problem varsa, bunu çəkinmədən məktəb rəhbərliyi ilə bölüşsünlər”. Daha sonra məktəbin direktoru açıq qapıların və görüşlərin təşkilində məqsədin məhz valideynlərlə görüşmək, onların fikirlərini öyrənmək olduğunu vurğuladı. Sonda rəhbər heyəti şagirdlər və onların valideynləri ilə xatirə fotosu çəkdirdi, valideynlər isə öz növbəsində yaradılmış şəraitə görə direktor və rəhbərliyə öz minnətdarlıqlarını ifadə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi