SİZİNLƏ FƏXR EDİRİK!

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən payız çağırışına həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” mövzusunda poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və xüsusi fiziki hazırlıq səviyyələrini müəyyən etmək və yüksəltmək, gənclərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə keçirilən tədbirdə 17 - 19 yaşlı yeniyetmə və gənclər 100 m və 1000 m məsafələrə qaçış, turnikdə dartınma və qumbara atma növləri üzrə yarışmışlar. Yarış əsnasında məktəbimizin şagirdləri 11-C Əliyev Vüsal, 11-C Ömərov Elcan, 11-Ç Əsgərli Tural, 11-A Xəlilov Seymur öz fəallıqları ilə seçilmişlər. Belə ki, komanda hesabında şagirdlərimizin səyi ilə Xətai rayon komandası I yeri tutmuşdur. Şəxsi hesabda isə fərqlənən, məktəbimizin fəxri olan 10-C sinif şagirdi Axundzadə Hacı III yeri tutaraq rayon və məktəbimizin adını ucaltmışdır. Komanda və şəxsi hesabda fərqlənən idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif edildi. Sonda I yeri tutan Xətai rayon komandası Respublika turuna vəsiqə qazanmışdır. Gİİ və məktəbin direktoru Nurqələm xanım Bayramovanın iştirakı ilə Xətai rayon komandası olaraq Respublika birinciliyinə vəsiqə qazanan şagirdlərimizi təntənəli surətdə Vətənimizin gözəl guşələrindən olan Xaçmaz rayonuna yola saldıq.Qalib komandamızı təbrik edirik! Inanırıq ki, Respublika birincliliyi xəbəri ilə bizi sevindirəcəksiniz!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi