MƏN SÜLH İSTƏYİRƏM

21 sentyabr 2017-ci il “Beynəlxalq Sülh Günü” münasibətilə məktəbimizin ibtidai siniflərində tədbirlər keçirildi. İlk öncə sinif müəllimləri M.Ceyran və Ş.Leyla “Sülh günü” barədə şagirdlərə məlumat verdilər. Onlar sülh gününün mahiyyətindən ətraflı bəhs edərək sülhün əmin-amanlıq, qurub yaratmaq, dinclik olduğunu şagirdlərə bildirdilər. “Mən sülhə səs verirəm” şeiri ilə 4-ç sinif şagirdlərimiz İ.Nuray, Səma və Ə.Nuray insanları sülhə səslədi. Daha sonra Ceyran müəllimə şagirdlərə üz tutaraq: Göyərçin nə üçün sülh quşu adlanır?- sualını ünvanladı. O, bunu kiçik bir hekayə ilə izah edərək tədbir iştirakçılarını və şagirdləri dərin fikrə apardi: “ Uşaqlar, sizə “Göyərçin” haqqında əfsanə danışım. İllər əvvəl bir-biriləri ilə müharibə aparan 2 padişah varmış. Müharibə günlərindən birində padişah dəbilqəsini götürən zaman orada göyərçinin yeni yumurtadan çıxmış balalarını görür ve heyrətlə anasına göstərir. Müharibəyə dəbilqəsiz gedə bilməyəcəyini dedikdə isə anası oğluna dəbilqəni verməyib, and verdi ki, dəbilqəyə əl vurmasın. Anasının sözünü dinləyərək döyüşə dəbilqəsiz gedən padişah qonşu padişahla rastlaşanda nə üçün dəbilqəsiz gəldiyini soruşdu. Padişah isə anasının dediklərini olduğu kimi danışdı. Bir xeyli fikrə gedən qonşu padişah: Bir ana ki, 3 göyərçin balasını məhv etmək istəmir, bəs biz niyə milyonlarla insanı məhv edirik?! Bu gündən bizdə sülh bağlayaq və qan tökməyək! Və o vaxtdan göyərçin sülh quşu kimi rəmzi məna daşıdı”. Müəllimin mənalı hekayəsini dinlədikdən sonra “Sülhə gəlin ey insanlar, yoxsa dünya məhv olar” musiqisi şagirdimiz Aylin və bütün sinif şagirdlərinin iştirakı ilə ifa olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi