15-Sentyabr- "BİLİK GÜNÜ"

Sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəblərində yeni dərs ili başlayır. Bu Gün Bilik Günü kimi qeyd olunur. Bilik Günü ilk zəng, ilk həyəcandır. Bu gün məktəb həyatına ilk dəfə ayaq basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər əzbərləyəcək və beləcə ilk zəngin sədası ilə yeni məktəb həyatına qədəm qoyacaqlar. Bu münasibətlə məktəbimiz öz birincilərini təntənə ilə qarşıladı. İlk öncə tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nurqələm xanım Bayramova iştirakçıları və gələn qonaqları salamlayaraq, öz minnətdarlığını bildirdi. Daha sonra direktor çıxış edərək, məktəbdə təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, onlara ən xoş arzularını çatdırdı. Tədbirin açılışı “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” adlı mövzuya həsr olundu. Bu haqda məktəbin tarix müəllimi Balayeva Təranə çıxış edərək, Aprel döyüşlərində Azərbaycan ordusunun qəhrəmalığı, Lələtəpə əməliyyatında qazanılmış qələbənin tarixi əhəmiyyəti, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin buraya köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyəti barədə şagirdlərə məlumat verdi. Cocuq Mərcanlı da olan quruculuq və bərpa işlərindən söz açaraq Cənab Prezidentimizə bu məsələ ilə bağlı göstərdiyi həssaslıq və qayğıya görə minnətdarlığını bildirdi. Sonda çıxışını Dövlət başçımız Cənab prezident İlham Əliyevin “Cocuq Mərcanlı kəndinin bərpası doğurdan da tarixi hadisədir” sitatı ilə yekunlaşdırdı. Daha sonra I və III sinif şagirdlərinin Cocuq Mərcanlıya həsr olunmuş şeirləri, musiqliləri və kiçik kompozisiyaları nümayiş etdirildi. İbtidai sinif müəllimi Məmmədova İlahə və 1-E sinif sagirdlərinin hazırladığı “Aqil olaram mən” musiqisi tədbirə xüsusi rəng qatdı.Tədbirdə iştirak etmiş Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aytən xanım Sadıqova, Xətai rayon Gənclər və İdman İdarəsinin Rəisi Əfqan Rzayev və Savalan qəzetinin redaktoru Eldar Əliyev şagirdlərin yeni dərs ilini təbrik etdilər və bele gözəl bir tədbir üçün məktəb heyətinə öz minnətdarlıqlarını bildirdilər. Sonda isə birincilərin nümayişi ilə İLK ZƏNG çalındı. Ümumilikdə isə, yeni dərs ilində bütün təhsil işçilərini, şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə həm də uğurların başlanğıcı deməkdir. Yeni dərs iliniz mübarək!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi