Təhsil sərgisində bir gün

11 Oktyabr Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunan 9-cu Azərbaycan Beynəlxalq “Təhsil” sərgisi keçirilir Bu tədbir öz miqyasına və tərkibinə görə Azərbaycanda təhsil xidmətləri sahəsində keçirilən böyük sərgidir və ən yaxşı təhsili seçmək üçün unikal imkan yaratmaqla yanaşı, Azərbaycanlı abituriyentləri xarici ali təhsil müəssisələri ilə də tanış etmiş oldu. Bu il “Təhsil” sərgisində dünyanın 16 ölkəsindən 124 müəssisə iştirak edirdi.Bir çox məktəblər kimi bizim məktəb kollektivimizdə bu sərgidə iştirak etmiş və yüksək təssüratla ayrılmışlar.Bununla yanaşı məktəb rəhbəri N.Q.Abbasov öz təssüratlarını məktəbimizdə sərgidə iştirak etməyən şagirdlərlədə paylaşmışdır.Onlara sərgi haqqında geniş məlumat vermiş, bir çox yenilklərdən söz açmış və diskusiyalar aparılmışdır.Sərgidə “Biznes və marketinq”, “İnformatika və kompyuter texnologiyaları” və “Tibbi təhsil” ixtisasları geniş təqdim olunmuşdur Həmçinin, “Metallurgiya”, “Təbii resursların idarə edilməsi və mühafizəsi”, “Həndəsə” və “Hərbi texnologiyalar” fakültələri, eləcə də “Təhsil müəssisələri üçün müasir avadanlıqlar”nümayiş etdirilmişdir.Buda şagirdlərin daha çox məlumatlanmasına səbəb olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi