Müəllim - nə gözəl səslənir bu söz

5 oktyabr “Beynəlxalq müəllimlər günü”dür. Heç kimə sirr deyil ki, bəşəriyyətin ən böyük müəllimi İslam Peyğəmbəri Həzrət Muhəmməddir (s). Alimin də, professorun da, həkimin də və s. əlindən tutub ilk kəlməni yazdıran şəxs - müəllimlərdir. Müəllim ikinci valideyn rolunu oynayır. Müəllimlərin insan həyatında rolu əvəzssizdir. Bizim dünya görüşümüzü formalaşdıran şəxs müəllimdir. Biz insanları düzgün yola çəkən, dövlətə yararlı şəxs edən müəllimlərdir. Onların bizim həyatımızda olan rolunu heç vaxt unutmaq olmaz.Əziz müəllimlər bayramınız mübarək.Biz hamımız əldə etdiyimiz nailiyyətlərə görə müəllimlərə borcluyuq. Əminik ki, sizlər də bizim kimi onlara minnətdarsız.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi