"HƏR UŞAQ BİR ÇİÇƏKDİR. ÇİÇƏKLƏRİMİZİ QORUYAQ"

Gələcəyin qurucuları olan uşaqları haqsızlıqlardan qorumaq bəşəriyyəti daim narahat edən məsələlərdən biridir. İyunun 1-ni Uşaqları Beynəlxalq Müdafiə Günü elan etmək də bu zərurətdən doğmuşdur. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqları Beynəlxalq Müdafiə Günü uzun müddətdir ki, bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Elə bu gözəl gün münasibətilə məktəbimizin ibtidai siniflərində bayram şənlikləri keçirildi. Məktəbin 2-b, 3-ç, və 3-b sinif rəhbərləri Vəliyeva Rasimə, Şahbazova Leyla, Quliyeva Sarıtel müəllimənin təşkilatçılığı ilə baş tutan tədbirdə əsl bayram ab-havası hiss olunurdu. Əvvəlcədən siniflər sagirdlər tərəfindən bəzədilmişdi. 5-D sinfi və ədəbiyyat müəllimi Çiçək Əliyevanın təşkilatçılığı ilə “Uşaqlar dünyanın sevincidir” adlı kiçik səhnəcik isə qonaqlari bir qədər düşüncələrə apardi.Keçirilən bayram şənliyi iştirak edən uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur. Eyni zamanda, uşaqların daha çox əylənməsi və vaxtlarını şən keçirməsi məqsədilə kloun və nağıl qəhrəmanlarının iştirakı ilə hədiyyəli viktorinalar və yarışmalar keçirilmiş, oyun meydançası, nağıl guşələri yaradılmışdır. Şənlik bitdikdən sonra Nelli müəllimə öz şagirdləri ilə birgə Uşaqlar Evinə ziyarətə getdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi