“Sağlam Həyat Tərzi Seç, Sağlam Yaşa”

Sağlamlıq- istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyasını tam yerinə yetirdiyi hal, istənilən ağrının və xəstəliyin olmadığı vəziyyətidir. Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur. Bu məqsədlə may ayının sonlarına yaxın məktəbimizdə şagird və gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği, düzgün qidalanmanın insan orqanizminə faydalarından bəhs edən “Sağlam həyat tərzi seç, sağlam yaşa” adlı tədbir keçirildi. Tədbiri çıxış nitqi ilə məktəbin psixoloqu Gülşən Zeyniyeva açdı. Tədbirdə şagirdlərimizin və müəllimlərimizin iştirakı ilə səhnəciklər nümayiş olundu. Belə ki, şagirdlərimiz tərəfindən “Diş ağrısı”, “Həkimlər”, “Gigiyena” səhnəcikləri göstərildi. Daha sonra müəllimlərimiz Yeganə Ağayeva, Ləman Bəşirov, Rəhim Cəmilovun oynadığı “Ailə” səhnəciyi xüsusi marağa səbəb oldu. Səhnəcikdə əsas məqsəd sağlam ailə, sağlam münasibətlərə yönəlmişdi. Çünki, sağlam olmaq üçün düzgün qidalanma, sağlam həyat tərzi nə qədər vacibdirsə, xoşbəxtliyi təmin edəcək qarşılıqlı anlaşma, düzgün qurulmuş münasibətlər, həyata normal baxış da bir o qədər vacibdir. Buna görə də, sağlamlıq birbaşa xoşbəxtliklə əlaqəlidir. 2-B sinif şagirdləri meyvə və bitki obrazlarında meyvələrin və bitkilərin insan orqanizmi üçün faydalarından danışdılar. Hal-hazırki dövrdə ayaqüstü qidaların (fastfood) ziyanından, qidalanmanın əsas şərtlərindən məsləhət verdilər. “Sağlam bədəndə, Sağlam ruh” prinsipinə əsaslanaraq, tədbirdə idmanın xeyrindən, faydalarından söz açıldı, idman sağlamlığa kömək etməklə hər bir ölkə və xalqın dünya miqyasında tanınmasında böyük rolu vardır. Bu işdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğı və rolunu göstərmək lazımdır. Tədbirdə çıxış edən məktəbin direktoru Nurqələm Bayramova, qonaq qismində çıxış edən Bakı şəhər Baş Təhsil Idarəsinin nümayəndəsi Tural Mirzəyev, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Bakı şəhər Təhsil Idarəsi Təlimə Dəstək Mərkəzinin bölmə müdiri Səidə Musayeva, həkim psixiatr Orxan Fərəcli və digərləri qeyd ediblər ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın şəhər və rayonlarında gənclərin maraqlarına uyğun olaraq müxtəlif studiyalar, kompüter və xarici dil kursları, virtual siniflər, xalq sənətkarlığı - xalçaçılıq, toxuculuq və sair emalatxanalar, dərnəklər, internet klub və kafelər, elektron kitabxanalar, konfrans, müasir formatlı kino və diskoteka zalları, sərgi salonları fəaliyyət göstərir. İdmanın inkişafı istiqamətində aparılan məqsədyönlü siyasətin nəticəsində bu gün idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bölgələrdə 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi, Bakı şəhərində isə istənilən beynəlxalq yarışı keçirmək üçün ən müasir və gözəl idman obyektləri fəaliyyət göstərir.Yekun olaraq, şagirdlərimiz Ayxan, Əkbər və Elnarənin ifasında “Olimpiya himni” səsləndi, mahnının sədaları altında bir sıra mötəbər yarışlarda, Azərbaycanda və xarici ölkələrdə yer tutmuş idmançı şagirdlərimiz zala daxil oldular. Tədbir çərçivəsində Azərbaycanın tanınmış sənətçilərinin və məktəbin şagirdlərinin ifalarında musiqilər səsləndirilmiş, səhnəciklər nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi