ONSUZ ÖMRÜN 94-CÜ BAHARI...

Bugün Vəliyeva Rasimə müəllimənin "ONSUZ ÖMRÜN 94-CÜ BAHARI" adlı "Açıq Dərsi" keçirildi. Bu dərsi müəllimənin simasında canlandıraq. Azərbaycanın himnini körpələrin avazından dinləyirik. Sonra uşaqlara Heydər Əliyevin unikal, nadir, seçilən siyasi xadim olduğunu, ölkəmizin rifahında, dünya ölkələri arasında tanınmasında əvəzedilməz rolunun danılmazlığını şagirdlərə bildirdim. Dünyada demək olar ki, bütün insanları dövləti, mənsub olduğu millətlə tanıyırlar. Ulu Öndər nadir şəxslərdəndir ki, məhz ona görə onun ölkəsi, Azərbaycanımız dünyada tanındı. Artıq o həyatda olmasa da əsasını qoyduğu daxili və xarici siyasət nəticəsidir ki hələ də bizlər, siz balalar əmin-amanlıq içərisində yaşayırıq.Gül balalarım, bu gün sizin vasitənizlə bir daha Ulu Öndərimizin həyat və yaradıcılığına nəzər salacağıq.Əvvəlcədən bölünmüş 4 qrup üzrə (Azərbaycan, Gerb, Himn, Bayraq) tapşırıqlar verilir.Bayraq qrupu- Hümbətli Leyla, Əhmədova Fidan, Ağayev Məhəmməd, Mürşüdzadə Mehdi, Mustafayeva Nuray, Süleymanlı Şəms- H.Əliyevin həyat yoluna qısa səfər edirlər.Azərbaycan qrupu- Məmmədli Fidan, Qarayeva Almaz, Murtazova Nurtən, Vəliyev Əziz, Qasımova Aygün, Soltanlı Zəhra, İsayev İlyas- H.Əliyevin dillərdən düşməyən kəlamlarından nümunələr gətirirlər.Sonra birlikdə H.Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısının sədaları altında videorolikə tamaşa edirik.Gerb qrupu- Bəşirova Aysu, Əliyeva Lalə, Həsənli Əsmər, Zamanova İnci, Ağazadə Selcan, Xosurova Ayla, Abbaszadə Kamal- H.Əliyevə həsr olunmuş gözəl şeir nümunələri səsləndirirlər.Himn qrupu- Məmmədov Kənan, Cəfərzadə Turan, Quliyev Vaqif, Oruclu Mikayıl, Yusifov Fərid, Məmmədli Rəvan- Vətənpərvər ruhda mahnılar səsləndirirlər.Uşaqlara təşəkkür etdikdən sonra Ulu Öndərimizin nə qədər ağıllı və hazırcavab olduğunun şəxsən şahidi olduğum bir faktı balalarımla bölüşürəm :H.Əliyev 1994-cü ildə tribunada çıxış edir- “1967-ci ildə Qarabağda paltarımı çıxarıb çayda üzməyə getdim, çaydan çıxanda gördüm ki, ermənilər paltarımı oğurlayıb. ”Bu an zalda olan erməni nümayəndə ayağa qalxıb qışqırırr: O vaxt ermənilər orda yaşamırdı!!!H.Əliyev gülümsünərək:-Elə mən də onu sübut etmək istəyirdim... -deyirBu dahi şəxsiyyət dahi olduğu qədər də kövrək idi. ”Azərbaycan” şeirini deyərkən göz yaşlarını tuta bilmədiyi kadrlara birlikdə tamaşa edib onun şəxsiyyətinə bir daha vuruluruq..Şirinova Ayan öndərimizin portretini köksünə sıxaraq: ”Bu gün onun ad günüdür, aramızda olmadığına inanmaq çox çətindir. Çünki, bizi əhatə edən bütün gözəlliklər onun əməlləri ilə bəzənib. RUHUN ŞAD OLSUN, HEYDƏR BABAMIZ!”
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi