Sönməz, Əbədidir H.Əliyev!

10.05.2017-ci il tarixində məktəbimizdə Azərbaycan Respublikasının Ümummili lideri H.Əliyevin 94-cü il dönümü münasibətilə “Sönməz, əbədidir- Heydər Əliyev” başlığı altında tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummili lider H.Əliyev bir dəqiqəlik sükutla yad edildi və Ulu Öndərin 94-cü il dönümü münasibətilə şagirdlərimizin hazırladıqları əl işləri sərgiləndi. Tədbir məktəbimizin azərbaycan dili və ədəbiyyat müəllimi Əlləzova Tamella müəllimənin təşkilatçılığı ilə baş tutdu. Tədbiri giriş sözü ilə Tamella müəllimə açaraq, Ulu Öndərin Azərbaycan xalqı üçün etdiyi qəhrəmanlıqlardan və fədakarlıqlardan söz açdı. H.Əliyev və Zərifə xanım Əliyevanı canlandıran səhnəcikdən hər bir müəllim kollektivi və şagirdlər çox təsirləndi. Səhnəcikdə Zərifə xanım Əliyevanın gözləri tutulmuş Sevda anaya göstərdiyi qayğı və nəvazişdən bəhs olundu. Bu qayğının nəticəsində Sevda ananın gözləri yenidən işıq görmüşdür. H.Əliyev isə bu ailəni öz himayəsi altına almışdır. Buradan da H.Əliyevin nə qədər unikal bir insan olduğu aydın görünürdü. Çünki, o, Vətənini, xalqını sevən lider olmaqla yanaşı, həmçinin insanların qayğısına qalan, dərdinə şərik olan kövrək bir insan idi. Səhnəciyi canlandıran IV-IX sinif şagirdləri H.Əliyevə olan məhəbbətini öz rolları ilə az da olsa göstərə bildilər. Daha sonra H.Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarxlar və slaydlar göstərildi. Tədbir məktəbimizin 7-D sinif şagirdlərinin musiqi ansamblının ifa etdikləri muğam ilə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi