9 MAY- QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ "QƏHRƏMANLAR UNUDULMUR" MÖVZUSUNDA DƏYİRMİ MASA

05 may 2017-ci il tarixində məktəbin tədbirlər planına uyğun olaraq 9 May- Qələbə Gününə həsr olunmuş "Qəhrəmanlar Unudulmur" mövzusunda dəyirmi masa təşkil edildi. Tədbir məktəbimizin tarix müəllimləri Dilbər müəllimə, Aidə müəllimə və Aqil müəllimin rəhbərliyi altında, IX-X sinif şagirdlərinin iştirakı ilə baş tutdu. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olundu. Daha sonra çıxış edən müəllimlər təşrif buyuran qonaqları salamlayaraq, onlara təşəkkürünü bildirib.Tədbir 3 plana əsasən hazırlanmışdır1. Azərbaycan Böyük Vətən müharibəsi illərində azərbaycanlıların arxa cəbhədə yeri və rolu haqqında geniş müzakirə2. Azərbaycan sovet ittifaqı haqqında söhbət3. Biz müharibə istəmirik. Sözə başlayan Aqil müəllim qeyd edib ki, Böyük Vətən Müharibəsindən söz açaraq, müharibə Azərbaycan sərhədlərindən çox uzaqda getsə də, ölkəmiz onun ağırlığını heç də aktiv hərbi əməliyyatların aparıldığı ərazilərdən az hiss etməyib. Hərbi əməliyyatların başlandığı ilk gündən cəbhədə göstərdikləri şücaətə görə 139 soydaşımız sovet hökümətinin ən ali mükafatına “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Hər 3 mövzu barədə əvvəlcədən hazırlanmış sənədli filmlərdən fraqmentlər izlənildi. Şagirdlər tərəfindən videoçarx və slaydlar nümayiş edildi. Sonda çıxış edən məktəbin direktoru Nurqələm xanım Bayramova tezliklə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağ müharibəsinin də Qələbə ilə başa çatacağına əminliyini dilə gətirib. Tədbir dəyirmi masa ətrafinda maraqlı diskussiyalarla davam edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi