Fizika Fənnindən "Açıq dərs" Keçirildi

Bugün məktəbimizin fizika müəlliməsi olan Səmədova Təranənin rəhbərliyi ilə 7-B sinfində "Rəqsi hərəkəti xarakterizə edən fiziki kəmiyyətlər" mövzusunda "Açıq dərs" keçirilib. Bu dərsdə mexaniki hərəkətin növü olan rəqsi hərəkətin xarakteristikaları, bu hərəkətə aid misallar aydınlaşdırıldı. Şagirdlər əvvəlcədən "Qüvvə", "Təcil" və "Kütlə" qruplarına bölünmüşdülər. Hər 3 qrup diskussiyalarda öz çıxışları və bir-birilərinə ünvanladıqları sualları ilə fərqlənirdilər. Müəllim dərs prosesi zamanı şagirdləri fiziki laboratoriya cihazları ilə tanış etdi. Şagirdlər bu müasir cihazların xüsusiyyətlərini slaydda izlədilər. Açıq dərsdə çıxış edən məktəbin direktoru Nurqələm xanım Bayramova və məktəbin fizika müəllimləri Təranə müəllimin dərsindən razı qaldıqlarını bildirdilər. Sonda isə dərs şagirdlərin hazırladığı bədii hissə ilə yekunlaşıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi