15 Sentyabr-Bilik günü

Hər il olduğu kimi bu ildə 263 nömrəli məktəb "İlk-zəng" bilik gününə çox gözəl hazırlaşmışdır.Belə ki,bu il həm məktəbin məzunları bizi cox sevindirmişdir,həm də məktəbimizə ilk qədəmlərini atan,beş yaşlı istedadlı Fidanlarımız.Belə ki,onlarda ən azı onbirincilər kimi imtahan verib,şagird adı qazanmışlar.Bu Fidanların sevincinin həddi-hüdudu yox idi.Əlbətdə hamıdan çox sevinən bu Fidanların valideynləri idi.Hər kəs səbirsizliklə "İlk zəng"-in çalınmasını gözləyirdi.Budur vaxt gəldi,məktəb direktoru N.Q.Abbasov müəllim kollektivini, şagirdləri və gələn qonaqları, hər kəsi "Bilik günü" münasibətilə ürəkdən təbrik etdi.Qonaqlar məktəbin fəxrlərindən,uğurlarından və nailiyyətlərindən danışaraq məktəb kollektivinin üzərinə böyük məsuliyyət qoydular.Biz çalışacağıq ki,bu məsuliyyətin öhdəsindən layiqincə gələk və hər zaman ön sıralarda olaq.Nəhayət balaca Fidanlar əllərində çiçək dəstələriilə ilk qədəmlərinə məktəbin astanasına atdılar.Aysun,Ayan,Famil fərəh hissi ilə ilk zəngi çaldılar.Beləliklə ilk dərs gününə uğurla qədəm qoyduq.Yolumuz açıq,ilimiz uğurlu olsun.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi