Uğurlarımız - fəxrimizdir.

2014-2015-ci tədris ilində məktəbimiz bir daha növbəti uğurlarına imza atdı. Bu il məktəbin 86 - ı məzunundan 71 - i respublikanın müxtəlif ali məktəblərinə sənəd vermişdir. Bunlardan 52 - si müxtəlif ali məktəblərə qəbul olmuşdur. O cümlədən 6 məzun 600 - dən çox bal toplamışdır. Həsənli Elvin 690 bal, Şirinzadə Rəşad 685 bal, H.İlkanə 680 bal,Ə.Şahin,Ə.Xəyalə 650 bal, H.Fidan 612 bal toplayaraq respublikanın ən öndə gedən ali məktəblərində tələbə adını qazanmışlar. Ümumi orta bal 354 olmuşdur. Bundan başqa, 4 nəfər orta ixtisas məktəblərinə qəbul olub tələbə adı qazanmışdır. 2012-2013 - cü tədris ilində 76%,2013-2014 - cü ildə 80%, 2014-2015-ci ildə 75% qəbul göstəriciləri olmuşdur. Məzunların uğurları-məktəbin uğurudur.Biz məzunlarla qürur duyur və fəxr edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi