Yazıçı, ssenarist, millət vəkili, çoxsaylı elmi və bədii əsərlərin müəllifi Hüseynbala Mirələmovun yaradıcılıq gecəsi

25 Aprel tarixi dünya təqvimində "Beynəlxalq Oxu Günü" kimi qeyd olunur. Bu səbəbdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəblərində oxu ilə bağlı layihələrin həyata keçirilməsinə başlanılıb. Oxu gününün qeyd olunmasında əsas məqsəd fərdlər arasında mütaliəyə marağı daha da artırmaq, oxu vərdişlərinin inkişaf etdirilməsi və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.Bu münasibətlə 27.04.2017-ci il tarixində məktəbimizin akt zalında kitab bayramı keçirildi. Kitab bayramı çərçivəsində yazıçı-publisist, Azərbaycan Yazıçılar birliyinin üzvü, millət vəkili Hüseynbala Mirələmovla görüş keçirildi. Məktəbin foyesində Azərbaycan və dünya klassiklərinin, o cümlədən tanınmış Azərbaycan ədibi Hüseynbala Mirələmovun kitablarından ibarət sərgi nümayiş etdirildi. Məktəbin direktoru, əməkdar müəllim Nurqələm xanım Bayramova ölkəmizdə kitaba marağın artırılması üçün görülən tədbirlərdən söhbət açdı. O, çıxışı şeiri ilə başlayaraqÖmür var, ömürlər ötürür onuÖmür var, bircə an itirir onu sətirləri ilə dövlət qurumlarının dəstəyi nəticəsində kitabxana resurslarının artırılmasından danışaraq şagirdlərdə kitablara, bədii əsərə marağın artırılması üçün yazıçı və şairlərlə tez-tez görüşlər keçirməyin vacib olduğunu bildirdi.Sonra məktəblilər yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanan "Xəcalət" və "Vicdanın hökmü" tamaşasını nümayiş etdirdilər.Tamaşada Qarabağ savaşında canını qurban verməyə hazır olan iki dostun həyatından, onların vətənə ola sevgilərindən bəhs edilib. Uşaqlıqdan bir yerdə böyüyən Murad və Vətən Qarabağ savaşına da birgə gedib, lakin sonradan onların həyat yolları ayrılıb. Atəşkəs haqqında müqavilə imzalandıqdan təxminən 10 il sonra dostlar yenidən görüşürlər. Bu 10 il müddətində Vətən torpaq həsrəti ilə yanıb yaxılır, Murad isə Qarabağ döyüşü zamanı əldə etdiyi sərmayə ilə var-dövlət qazanıb. İndi iki dost arasında Vətənə, torpağa münasibətdə fikir ayrılığı yaranıb.Tədbirin fəxri qonağı YAP-nın Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov çıxış edərək diqqətə çatdırdı ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycanın tarixi, qədim mədəniyyəti, adət ənənələrini, həmçinin, ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri işğalçılıq siyasətini uşaqların gözü ilə dünya içtimaiyyətinə çatdırmaqdır. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva və digər çıxışçılar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruçuluğu sahəsində həyata keçirilən islahatlardan, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdılar. Vurğulandı ki, bu gün ölkədə Silahlı Qüvvələrinin maddi texniki bazası möhkəmləndirilib, bütün hərbi hissələr müasir hərbi texnika ilə təchiz edilib, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordu yaradılıb. Məktəbin direktoru H.Mirələmova və digər qonaqlara onların dəvətini qəbul etdiyinə görə təşəkkür etdi. Sonra direktor yazıçı ilə birgə tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə məktəbin müəllimlərinə fəxri diplomlar təqdim etdil'ər. Tədbirin sonunda H.Mirələmov çıxış edərək bu məktəbə dəvət aldığına görə minnətdarlığını bildirdi, bütün müəllimlərə, şagirdlərə, valideynlərə, məktəbin rəhbərliyinə dərin təşəkkürünü bildirərək şagirdlərin ifasını yüksək qiymətləndirdi. Onun əsərlərindən ibarət səhnələrin çox yüksək səviyyədə hazırlandığını vurğuladı. Bu görüşün məhz Zərifə xanım Əliyevanın ad gününə təsadüf olunduğuna görə məmnunluq hissi keçirdiyini deyən millət vəkili akademik Zərifə xanım haqqında xətirələrini dilə gətirdi. O, sözünün sonunda şagirdlərə kitabları sevməyi, çoxlu əsərlər oxumağı, mütaliə etməyi tövsiyə etdı. Tədbir bütün kollektivin xatirə şəkli çəkdirdirməsi ilə başa çatdı. Qeyd edək ki, bu tədbirdə Xətai rayon icra hakimiyyətinin, Xətai rayon bələdiyyəsinin, Xətai rayon Gİİ və Mənzil İstismar idarəsinin yüksək vəzifəli şəxsləri və nümayəndələri, o cümlədən, KİV əməkdaşları iştirak edirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi