Görkəmli Alim Zərifə Xanım Əliyevanın Əziz Xatirəsinə Həsr Olunmuş Sərgidə Əl İşlərinin Nümayişi

Milyonların gözlərinə nur verən, qaranlıqdan azad edən, özü də bir xalqın işığına, nuruna çevrilən zərif bir qadın, gözəl ana, sədaqətli həyat yoldaşı Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgi keçirilmişdir. Sərgi məktəbimizin texnologiya və təsviri incəsənət müəllimələrinin təşəbbüsü ilə VI-VII sinif şagirdlərinin iştirakı altında həyata keçirildi. Məktəbin müəllim və şagirdləri də sərgini izləyənlər arasında idilər. Açılış üçün məktəbin direktoru Bayramova Nurqələm görkəmli oftalmoloq, akademik Z.Əliyevanın ömür yolu barədə iştirakçılara ətraflı məlumat verdi və alimin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra öz əl işlərini nümayiş etdirən VI sinif şagirdləri Ovçıyev Alməmməd, Babayev Fərid, Ələmdarlı Tural, Rəhimli Səmra, Məmmədova Günayə, VII sinif şagirdlərindən isə Əliyeva Aysel, İbadova Nuranə, Əmirli Gülxanım, Heydərli Günel, Əsgərli Əsgərin muncuqlarla bəzədilmiş əl işləri və rəsmlər iştirakçılar tərəfindən rəğbətlə qarşılandı. Sərgi məktəbimizin uşaq birliyi rəhbəri Aynur Qənbərovanın təşkilatçılığı ilə şagirdlərin ifasında şer və kompozisiyalarla davam etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi