Gəlin İngilis Dilini Birlikdə Öyrənək

24 aprel ingilis dili aylığı çərçivəsində “Gəlin İngilis Dilini Birlikdə Öyrənək” adlı məktəbin akt zalında tədbir keçirilmişdir. Tədbir ingilis fənni üzrə metodik birləşmənin sədri Qaybalıyeva Gültəkin, təşkilatçılar Səlimova Nelli və Qurbanova Elnarə tərəfindən nümayiş etdirildi. Tədbirdə məktəbin direktoru Nurqələm xanım Bayramova, təşkilatçı müavinlər Məmmədov İlqar, Cəfərov Məmməd, məktəbin psixoloqu Gülşən xanım Zeyniyeva, müəllim kollektivi və məktəbin IV-X sinif şagirdləri iştirak etdilər. Açılış X sinif şagirdləri Həmzəyev Nicat və Nəhmətova Rəna tərəfindən edildi. Tədbir 6 səhnədən ibarət idi. 1. “Azərbaycan doğma vətənim!” İlk səhnə ümummilli liderimiz H.Əliyevin xarici dillərlə bağlı fikirləri ilə başlayıb. Daha sonra 7-A sinif şagirdi Əliyeva Aysel tərəfinfən S.Vurğunun "Azərbaycan" şeiri və M.Maqomayevin "Azərbaycan" mahnısı həm Azərbaycan dili, həm də İngilis dilində səsləndirildi. 2. Z.Əliyevanın həyat və yaradıcılından bəhs edən slayd nümayiş etdirildi. 7-C sinif şagirdi Əliyev Ayxan Sevil Əliyevanin "Ana" əsərini səsləndirdi. 3. “İngilis dilinin vacibliyi”. 10-A sinif şagirdi Həmzəyev Nicat ingilis qrammatikasına dair şeir və mahnı, 8-A sinif şagirdi Hüseynzadə Elnarə isə “İ just called to say i love you” ifa etdilər.4. “Yer kürəsinin çirklənməsi qlobal problemdir” mövzusu ilə bağlı “Mother ears” mahnısı ifa edildi, 7-ci sinif şagirdləri Aysel və Selin isə “Planet” şeirini səsləndirdilər. 5. Məktəbin balacaları öz fəaliyyətlərini nümayiş etdirdilər. Belə ki, 2-ci sinif şagirdləri “Little house”, 5-ci sinif şagirdləri “Trump” səhnəciklərini, rəqslər və 5-B şagirdləri tərəfindən isə “We shall over come” mahnısı ifa edildi.6. “Sindirella”, “Tülkü və Leylək” səhnəcikləri göstərildi, Məmmədov Nicat pianinoda, Bayramlı Ayla isə skripkada güzəl əsərlər ifa etdilər. Sonda tapmaca oyunu keçirildi. Səhnədən 4 şagird zalda oturanlara tapmaca ünvanladılar və istirakçılar tərəfindən tapmacalara cavab tapıldı. Qaliblər ingilis dilində bədii kitablarla mükafatlandırıldılar. Sonda isə məktəbin direktoru Nurqələm xanım Bayramova öz çıxışını etdi və belə tədbirlərin şagirdlərin dünya görüşünün formalaşdırılmasında mühüm rol oynadığını qeyd etdi. Təşkilatçılar məktəbin direktoru tərəfindən fəxri fərmanla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi