VII siniflər arasında "Bilik yarışı"

Məktəbin direktoru Nurqələm xanımın tapşırığı ilə məktəbimizdə tez- tez bilik yarışları, olimpiadalar, nümunəvi dərslər təşkil olunur. Bu gün məktəbimizdə "Bilik yarışı" keçirildi. Hər həftə silsilə şəkildə təşkil olunan yarışma uşaqların təhsilə marağını daha da artırır və eyni zamanda xüsusi istedada malik uşaqların potensialının aşkar edilməsinə xidmət edir.Bilik yarışı paralel 7-ci siniflər arasında keçirildi.Hər sinfi 5 şagird təmsil edirdi.Azərbaycan dili,riyaziyyat,azərbaycan tarixi və ingilis dili fənləri üzrə suallar tərtib olunmuşdu. Hər fənn 5 sualdan ibarət idi. Məktəbin direktoru N.Z.Bayramova çıxış edərək keçirilən yarış barədə qısa məlumat verdi,yarış iştirakçılarına uğurlar arzuladı.Yarışın təşkilatçısı Həsənova Aynur şərtləri izah edərək yarışın başlanmasına işarə etdi.Sonda 90 balla 7d sinfi I yerə,71 balla 7b sinfi II yerə,70 balla 7-c sinfi III yerə layiq görüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi