Müəllimlər arasında maraqlı və maarifləndirici bilik yarışı təşkil edildi.

Məktəbin direktoru Nurqələm xanımın ideyası, uşaq birliyi təşkilatı rəhbəri Aynur Qənbərovanın təşkilatçılığı ilə 21 fevral  Ana dili günü münasibətilə müəllimlər arasında maraqlı və maarifləndirici bilik yarışı təşkil edildi. Tədbirin məqsədi həm müəllimlər arasında dostluq və əməkdaşlıq münasibətlərini gücləndirmək, həm milli həmrəylik dəyərlərimizi ön plana çəkmək, həm də əyləncəli bir mühitdə öyrənmə prosesini təmin etmək idi. Yarışda müxtəlif fənn müəllimlərindən ibarət komandalar iştirak etdi. Yarış böyük həvəs və rəqabət mühitində keçdi. Müəllimlər öz biliklərini nümayiş etdirməklə yanaşı, milli birliyimizi bir daha vurğuladılar. Qalib komandalara fəxri fərman və hədiyyələr təqdim olundu. Tədbirin sonunda iştirakçılar dəyirmi masa ətrafında  Ana dili günü ilə bağlı öz fikirlərini bölüşdülər və belə tədbirlərin milli ruhun gücləndirilməsi baxımından vacibliyini vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi