"Balacan" layihəsi Xətai rayonu 263 nömrəli tam orta məktəbdə uğurla həyata keçirilir.

Ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması;
Məktəbəqədər təhsilin inkişafı və təhsildə valideynin birgə iştirakını təmin etməklə Azərbaycanda keyfiyyətli təhsil xidmətlərinin həyata keçirilməsi;
Valideyn-icma-məktəb əməkdaşlığının yaradılması;
Məktəbəqədər təhsil qrupları vasitəsilə 3-4 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması;
Məktəbəqədər təhsilin inkişafı nəticəsində bilavasitə ibtidai təhsilin də keyfiyyətinin artırılması məqsədi ilə keçirilən "2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətinin təşkili qrant müsabiqəsinin qaliblərindən olan "Balacan" layihəsi Xətai rayonu 263 nömrəli tam orta məktəbdə uğurla həyata keçirilir.