Ana Dilimiz – Kimliyimizdir!

4a sinif rəhbəri Şüşəxanım Əsgərovanın təşkilatçılığı ilə 21 Fevral Ana dili gününə həsr olunmuş maraqlı və yaddaqalan tədbir keçirildi. Şagirdlər ana dilimizin gözəlliyini və zənginliyini nümayiş etdirmək üçün şeir, mahnı və rəqs nömrələri ilə çıxış etdilər. Tədbirin ən maraqlı hissələrindən biri isə səhnəcik oldu. Uşaqların maraqlı ifaları və böyük həvəslə çıxış etmələri tədbirə xüsusi rəng qatdı. Bu cür tədbirlər şagirdlərdə ana dilimizə sevgi və hörmət hissini gücləndirir, milli dəyərlərimizi yaşatmağa töhfə verir.