"Dəyərli müəllimlərimizin yubileyi!"

Məktəbimizin Biologiya müəllimi Fərhadova Xurşud və ingilis dili müəllimi Atakişiyeva Səadət 65 illik yubileyi münasibətilə rəhbərlik və həmkarları tərəfindən təbrik olundular.
Onların uzun illər təhsilə verdikləri töhfələr, şagirdlərə verdikləri dəyər və peşəkar əməkləri hər zaman yüksək qiymətləndirilir. Bu əlamətdar gündə onlara sağlamlıq, uğurlar və yeni nailiyyətlər arzulayırıq!
Sizin zəhmətiniz və fədakarlığınız bizə ilham verir!