Keçiricilər və Dielektriklər - Təcrübə ilə Öyrənirik.

Keçiricilər və dielektriklər elektrik cərəyanını ötürmə qabiliyyətinə görə maddələrin təsnifatıdır. Bu mövzu şagirdlər üçün çox vacibdir, çünki elektrik və elektromaqnetizmin əsaslarını başa düşməyə kömək edir. Məktəbimizin müəllimi Fərhadova Xurşud Təbiət fənni dərsində 6-cı siniflərdə şagirdlərlə keçiricilər və dielektriklər mövzusunda maraqlı təcrübələr həyata keçirib.
Bu təcrübənin məqsədi maddələrin elektrik keçiriciliyini yoxlamaq və onların keçirici və ya dielektrik olduğunu müəyyən etməkdir. Belə ki, bu təcrübə uşaqlara keçiricilərin və dielektriklərin fərqini əyani şəkildə izah etməyə kömək etdi. Şagirdlər maddələrin elektrik cərəyanına təsirini müşahidə edərək, həm bu bilikləri gündəlik həyatda necə tətbiq edəcəklərini anladılar, həm də eksperiment apararaq bacarıqlarını inkişaf etdirmək və elmi anlayışları praktik olaraq öyrənmək imkanı qazandılar.