Elimizə bahar gəlir

Novruz yazın ilk gəlişini əks etdirən xalq bayramıdır.İndi bu bayram Azərbaycana ilk qədəmlərini qoyur.Məktəbimizdə də Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirildi.Məktəbin foyesində Novruz bayramına aid guşə yaradıldı. Martın 17-də məktəbin akt zalında "Elimizə bahar gəlir"adlı tədbir keçirildi.Tədbirdə məktəbin rəhbəri və bütün müəllim kollektivi iştirak etdi.Müəllimlər və şagirdlərin birgə hazırladıqları səhnəciklər maraqla qarşılandı.Sonda məktəbin direktoru N.Z.Bayramova yüksək səviyyəli tədbir nümayiş etdirdiklərinə görə tədbirdə əziyyət çəkən hər kəsi Fəxri fərmanla təltif edərək təşəkkürünü bildirdi və bayram münasibəti ilə hamını təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi