Beynəlxalq  Ana Dili Günü münasibətilə 8-ci siniflər arasında "Ana dilimdir, şirindir"  adlı bilik yarışı təşkil edildi.

Məktəbimizin uşaq birliyi təşkilatı rəhbəri Aynur Qənbərova 21 fevral – Beynəlxalq  Ana Dili Günü münasibətilə 8-ci siniflər arasında "Ana dilimdir, şirindir"  adlı bilik yarışı təşkil etdi. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərimizin ana dilini daha dərindən öyrənməsi və dilimizin zənginliyini kəşf etməsi idi. Yarış zamanı şagirdlər maraqlı suallarla biliklərini sınadılar və ana dilimizə olan sevgilərini bir daha nümayiş etdirdilər. Yarışın sonunda qalib komanda diplomla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi