Biologiya müəllimi Fərhadova Xurşud "Torpaq necə yaranır?" mövzusuna həsr olunan dərs təşkil etdi.

Biologiya müəllimi Fərhadova Xurşud Təbiət dərsində şagirdlərlə birlikdə maraqlı bir mövzu üzərində işlədi. "Torpaq necə yaranır?" mövzusuna həsr olunan dərsdə müəllim şagirdlərə torpağın əhəmiyyəti, yaranma prosesi və onun təbiət üçün vacibliyi haqqında məlumat verdi. Daha sonra şagirdlər təcrübə işi həyata keçirdilər. Onlar praktik olaraq gül əkməklə torpaqla birbaşa əlaqə quraraq onun xüsusiyyətlərini daha yaxşı anladılar. Bu maraqlı və əyani dərs şagirdlərin təbiətə olan marağını artırmaqla yanaşı, onlara təcrübədən öyrənmək imkanı yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi