Məktəbin 6D sinif şagirdi Ələsgərli Amin Hidayət oğlunun nailiyyətləri.

Məktəbin 6D sinif şagirdi Ələsgərli Amin Hidayət oğlu məktəbə başladığı ilk andan etibarən bilik səviyyəsi, məntiqi və dünya görüşü ilə digər yaşıdlarından seçilmişdir. Məktəbdə keçirilən şeir, inşa müsabiqələrində, həmçinin şahmat yarışlarında iştirak edib və uğur qazanmışdır. O,bir çox yerli və beynəlxalq olimpiadalarda iştirak edib. Hər zaman nəinki qızıl medal ,hətta reytinq üzrə ən yüksək nəticələrə sahib olmuş və məktəbimizi beynəlxalq arenada layiqincə təmsil etmişdir. Bütün uğurlarına istedadı, yüksək çalışqanlığı və əzmi ilə nail olmuşdur. Amin təkcə riyaziyyat və İQ olimpiadalarında deyil, eyni zamanda şahmat sahəsində də uğurlar qazanmışdır. O,qısa müddət ərzində şahmatda IV, III, II dərəcələri almışdır. Hal-hazırda I dərəcə əldə etmək üçün çalışır, müxtəlif şahmat turnirlərində iştirak edir. Gələcəkdə böyük riyaziyyatçı -alim və tanınmış GM olmaq istəyir və arzularına nail olmaq üçün var gücü ilə çalışır.
İştirak etdiyi olimpiadalar: FİSO, AMO, SASMO, SİMOC, LÜTFİZADƏ, KENQURU, RİYAZİYYAT UZRƏ DUNYA ÇEMPİONATI.
Məktəb kollektivi olaraq onunla fəxr edirik və arzularına çatacağína inanaraq uğurlar arzulayırıq.