"Ayın Şagirdi" layihəsinə start verildi.

V - IX sinif şagirdləri arasında müsbət rəqabət mühitinin yaradılması və təhsildə daha yüksək nailiyyətlərə təşviq məqsədilə "Ayın Şagirdi" adlı yeni layihə başladılmışdır. Layihənin məqsədi şagirdlərin dərsə davamiyyəti, nümunəvi davranışı və akademik göstəricilərinə əsasən fərqləndirilməsidir. Bu çərçivədə sinif rəhbərləri ilə görüş keçirilmiş, onlara layihənin məqsədi və icra qaydaları ətraflı izah edilmişdir. Görüş zamanı layihənin şagirdlər arasında motivasiyanı artıracağı və məktəbdə müsbət mühitin formalaşmasına töhfə verəcəyi vurğulanmışdır. Sinif rəhbərləri də öz növbələrində layihənin uğurla həyata keçirilməsi üçün dəstək göstərəcəklərini bildiriblər. Layihənin sonunda seçilən şagirdlər sertifikatla mükafatlandırılacaqlar. Bu təşəbbüs məktəb həyatında daha məsuliyyətli və aktiv gənclərin formalaşmasına töhfə verməyi hədəfləyir.