Məktəbin 4E sinif şagirdi Nəsibzadə Həcər Sənan qızı təhsil aldığı müddət ərzində yalnız akademik sahədə deyil, həm də yaradıcılıq və ictimai fəallıq sahələrində uğurlar əldə etmişdir.

Məktəbin 4E sinif şagirdi Nəsibzadə Həcər Sənan qızı təhsil aldığı müddət ərzində yalnız akademik sahədə deyil, həm də yaradıcılıq və ictimai fəallıq sahələrində uğurlar əldə etmişdir. O, bir çox yerli və beynəlxalq olimpiadaların iştirakçısı olmuşdur. FİSO 2023 İnternational MATH and İQ OLYMPİAD, İMEC MATHEMATİCS, FERMAT MATHEMATİCS OLYMPİAD, FİSO İQ OLYMPİAD, SASMO MATH OLYMPİAD kimi mötəbər yarışlarda iştirak edərək GOLD, SİLVER və BRONZE medalları ilə təltif edilmiş, beynəlxalq arenada məktəbimizi layiqincə təmsil etmişdir.
Həcər yalnız riyaziyyat və İQ olimpiadalarında deyil, eyni zamanda çəkdiyi rəsmlərlə də bir çox festival və sərgilərdə iştirak edərək diplom və sertifikatlarla mükafatlandırılmışdır. Onun yaradıcılığına olan marağı həm də zəngin təxəyyül gücünü nümayiş etdirir.
Fəal və məsuliyyətli bir şagird kimi, Həcər məktəbin müxtəlif tədbirlərində iştirak edir, həmyaşıdlarına nümunə olur və daim öz üzərində işləməklə fərqlənir. Gələcəkdə hədəfi elmi sahədə daha da irəliləyərək öz nailiyyətlərini artırmaq və ölkəmizi qlobal miqyasda təmsil etməkdir.
Həcərin istedadı və zəhmətkeşliyi onun uğurlarının əsas sirridir. Məktəb kollektivi olaraq onunla fəxr edirik və gələcəkdə daha böyük nailiyyətlər qazanacağına inanırıq.