“Azadlıq mübarizəsi” adlı rəsm sərgisi təşkil olundu.

17.01.2025-ci il tarixində Xətai rayonu 263 nömrəli tam orta məktəbdə uşaq birliyi təşkilatı rəhbəri Aynur Qənbərovanın təşkilatçılığı ilə gənclərin vətəndaşlıq, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Azadlıq mübarizəsi” adlı rəsm sərgisi təşkil olundu. Sərgidə 30 nəfər iştirak etmiş və Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlarla təltif edilmişdir.