Məktəbdə DİN-in Polis Akademiyasının nümayəndəsinin və Xətai RPİ əməkdaşının iştirakı ilə IX-XI sinif şagirdlərinin DİN sistemində təhsilə və xidmətə təsviq edilməsi məqsədilə görüş keçirilmişdir.

14 yanvar 2025-ci il tarixdə Bakı şəhər Xətai rayonu 263 nömrəli tam orta məktəbdə DİN-in Polis Akademiyasının nümayəndəsinin və Xətai RPİ əməkdaşının iştirakı ilə IX-XI sinif şagirdlərinin DİN sistemində təhsilə və xidmətə təsviq edilməsi məqsədilə görüş keçirilmişdir. Görüşdə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumat verilmişdir. Həmçinin, görüşdə gənclərə gələcəkdə dövlətə və vətənə sadiq olmaq, onların sağlam ruhda böyüməsi üçün tövsiyələr verilmişdir.