10.01.2025-ci il tarixində "Açıq qapı" günü təşkil olundu.

10.01.2025-ci il tarixində "Açıq qapı" günü təşkil olundu.
Valideyn-məktəb münasibəti şagirdin təhsili və tərbiyəsində əsas faktorlardan biridir. Bu münasibət əməkdaşlıq və qarşılıqlı anlaşma üzərində qurulmalıdır. Valideynlər məktəb həyatında aktiv iştirak edərək uşaqlarının inkişafını yaxından izləməli və onların ehtiyaclarını dəstəkləməlidirlər.
"Açıq qapı " günü valideynlərin məktəbin fəaliyyətləri ilə yaxından tanış olması üçün gözəl bir fürsətdir. Bu gün ərzində valideynlər müəllimlərlə birbaşa ünsiyyət qura və övladlarının məktəbdəki davranışları və nailiyyətləri barədə ətraflı məlumat ala bilərlər. "Açıq qapı " günləri məktəb-valideyn münasibətlərini möhkəmləndirir və valideynləri məktəb icmasının bir parçası edir.